15:39 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. Azərbaycan Almaniya, Türkiyə, Fransa və Yunanıstana neft ixracını cari ilin ilk üç rübündə kəskin artırıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk üç rübündə ölkədən Almaniyaya 843.14 min ton və ya $528.7 milyonluq neft ixrac edilib. İxracın miqdarı öncəki illə müqayisədə 140% yüksəlib.
Fransaya ixrac öncəki ilin ilk üç rübü ilə müqayisədə cari ildə 4.3 dəfə artaraq 199.01 min ton və ya $118.6 mln. həcmində xam neft ixrac edilib.
Türkiyəyə ixracın həcmi illik müqayisədə 3 dəfə artaraq 1 mln. 109.14 min ton və ya $627.02 mln. neft ixrac edilib.
Yunanıstana ixrac edilən neftin həcmi illik müqayisədə 656.52 min barel və ya $403.27 mln. neft ixrac edilib ki, 2022-ci ilin eyni dövründən 2.6 dəfə yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin ilk üç ayında Azərbaycan xaricə 19 milyon 876.25 min ton və ya $12.13 mlrd.-lıq xam neft satıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026