15:20 - 18.10.2023
18 oktyabr Fineko/abc.az Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolu vətəndaşlar üçün məcburiyyət yox, seçim imkanıdır.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Ödənişsiz yollarda məsafə uzun və sürət həddi aşağı olur. Ödənişli yol isə vətəndaşların gedəcəyi yerə daha tez çatmasını təmin edəcək. İşləkliyi və yükdaşımalarda payı da nəzərə alınarsa, yeni yolun əhəmiyyəti xüsusi vurğulanmalıdır”, - deyə deputat qeyd edib.
V. Bayramov, həmçinin diqqətə çatdırıb ki, yeni avtomobil yolu qeyri-neft sektoru üzrə yükdaşımaların həcminin artmasına, bölgəmizdə turizm inkişafına da töhfə verəcək: “Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarından çoxdur. Yeni tikilən yol bu ticarət dövriyyəsinin artımında, ərzaq və sənaye məhsullarının daşınmasında mühüm rol oyanacaq”.