Nazir müavini Naxçıvana bilet tapılmamasına aydınlıq gətirdi  

15:17 - 18.10.2023


18 oktyabr Fineko/abc.az.  "Naxçıvana uçmaq istəyən sərnişinlərə biletləri onlayn əldə etmələrini tövsiyə edirik. Çünki bu, daha rahatdır".

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

O bildidirib ki, AZAL-da uçuşların sayı iki dəfədən çox artıb. Qiymətlərə toxunan nazir müavini biletlərin 29 avrodan başladığını diqqətə çatdırıb: "Hava nəqliyyatı sahəsində yeni tələblər çərçivəsində işlər aparılır. Çalışırıq ki, mövcud nöqsanlar aradan qaldırılsın. Artıq təyyarələrin dəyişdirilməsi prosesinə start verilib”.

Pilotların hazırlanmasından da danışan nazir müavini Qəbələdə anqarların təşkil olunması və pilotların orada təlim keçmələri üçün müvafiq tədbirlərin görüldüyünü deyib.