14:46 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az.Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Prezidentin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq qərar verib.
Qərara əsasən 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü veriləcək.
30 İyul 2026
29 İyul 2026