12:24 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. İcazələri almadan Azərbaycan dövlət sərhədini keçən, dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi ilə məcburi qaydada yerə endirilə bilər.
ABC.AZ xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub.
Bu Qanun layihəsinin 8.1-ci maddəsində nəzərdə tutulan hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşunun davamına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.
Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir.
18 Avqust 2026