Azərbaycanın neft kondesatı artıb - Hesabat

12:22 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. Azərbaycanda neft-kondensat hasilatının həcmi 22,7 milyon ton, ixracı isə 19 milyon ton olub.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib. Nazir qeyd edib ki, sözügedən dövrdə 5 faiz artımla hasil edilmiş 36,1 milyard kubmetr təbii qazın isə 17,8 milyard kubmetri ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.