Hava nəqliyyatı ilə sərnişindaşıma ucuzlaşıb - DSK-dan hesabat

11:49 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. Hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri 2023-cü ilin sentyabr ayı 2023-cü ilin avqust ayına nisbətən 18.1% ucuzlaşıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin sentyabr ayı 2022-ci ilin sentyabr ayına nisbətən isə Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma 2.9% bahalaşıb.

Qeyd edək ki, Hava nəqliyyatı ilə 2170.5 min və ya 31 faiz çox sərnişin daşınmış, daşımaların 99.9 faizi dövlət, 0.1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.