Füzuli şəhərinə daha 22 ailə köçürüldü

12:29 - 13.10.2023


13 oktyabr, Fineko/abc.az. Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

ABC.AZ xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib.