12:24 - 13.10.2023
13 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 819 milyon manat ($481,7 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,7% çoxdur.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Hesabat dövründə respublikada 2,733 milyon ton sement (artım 3,1%), 20,9 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 42,6%), 54,5 min ton asfalt (azalma 55,3%), 432,2 min kubmetr tikinti kərpici (azalma 4,3%) və 6,656 milyon kvadratmetr tikinti şüşəsi (artım 17,4%) istehsal edilib.
Bundan başqa, 2,782 milyon ton sement klinkeri (artım 7,6%), 62 min ton tikinti gipsi (artım 99,4%), 2,814 milyon ton hazır beton qarışığı (artım 14,9%) və 37,5 min ton tikinti əhəngi (artım 20,6%) istehsal edilib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026