16:55 - 12.10.2023
12 oktyabr, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” cari ilin ikinci rübündə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirib.
ABC.AZ.xəbər verir ki, bu barədə “Yapı Kredi Bank Azərbaycan”ın hesabatında qeyd edilib. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.8%, məcmu kapitalının adekvatlıq əmsalı isə 28.2% olub.
Bankın tutulmalardan sonra məcmu kapitalı 85.7 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026