15:34 - 11.10.2023
11 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 %, qeyri-ərzaq məhsulları üzrə 110,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 % təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sentyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə avqustla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 105,9 % olub.
Qeyri-ərzaq məhsullarından artım əsasən sementin, kəsilmiş taxtaların, azalma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 105,4 % təşkil edib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026