12:00 - 11.10.2023
11 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 22.6% çox – 12 milyard 810.7 milyon manat vəsait daxil olub.
ABC.AZ xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19.3% artaraq 7 milyard 425.8 milyon manata çatıb. Daxilolmalarda müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq”, – deyə o qeyd edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026