11:28 - 25.09.2023
25 sentyabr, Fineko/abc.az. “Abşeron İnvest” MMC-nin nizamnamə kapitalının həcmi bir qədər də artırılmaqla 31 milyon manata yaxınlaşıb.
ABC.AZ xəbər verir ki, “Abşeron İnvest” MMC-nin nizamnamə kapitalı 3 400 000 manat və ya 12.5% arıtılmaqla 30 600 976 manata çatdırılıb.
Qeyd edək ki, şirkət 2022-ci ilin noyabrında təsis edilib. Şirkət “Caspian Marine Services”in (CMS haqqında ətraflı) Azərbaycandakı bir neçə şirkətinin yerləşdiyi Bakı şəhəri Səbail rayonu, Salyan şossesi , ev 6H, 13-cü km ünvanında qeydiyyata alınıb. Bu ünvanda, “CMS İNVEST” MMC və “CMS PROPERTİES” MMC yerləşir.
Şirkətin baş icraçı direktoru Vüqar Novruzov İntiqam oğludur. O, 2018-ci ildən CMS-ə qoşulub və həmin tarixdən orada Daxili audit üzrə inzibatçıdır.
8 Avqust 2026
8 Avqust 2026