11:52 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154.2 mln. kVt-saat artaraq 19 245.2 mln. kVt-saat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154.2 mln. kVt-saat artaraq 19 245,2 mln. kVt-saat, ixrac 1 530.6 mln. kVt-saat, idxal isə 169.3 mln. kVt-saat olub”, – paylaşımda qeyd olunur.
Məlumata görə, yanvar-avqust aylarında İstilik Elektrik Stansiyaları üzrə 17 714.1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 531.1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026