Nazirdən vacib post - Son 4 ildə əmək müqavilələrinin sayı 350 mindən çox artıb

14:32 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Azərbaycanda 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350 888, qeyri-neft sektorunun özəl bölməsində isə 331 018 artıb.

Asayis.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsi hesabında yazıb.

“Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38.5 %-dən 49.7 %-ə çatıb”, – deyə nazir qeyd edib.