15:07 - 13.09.2023
13 sentyabr, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) Xəzərdə ilk, dünyada isə ilk uzaqdan idarə olunan və müşahidə edilən platformalardan biri olacaq.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə Səngəçal terminalının rəhbərlərindən biri Fil Qrey bildirib. Onun sözlərinə görə, əgər hazırda platformalar avtonom şəkildə yerindən idarə olunursa, ACE platforması Səngəçalda yerləşən mərkəzdən idarə olunacaq.
Qeyd olunub ki, platformada daimi 175-180 mütəxəssis çalışacaq, lakin perspektivdə bütün avadanlıq yoxlanıldıqdan, optimallaşdırıldıqdan, platformanın işi tam avtomatlaşdırıldıqdan sonra burada fəaliyyət göstərən işçilərin sayı minimuma endiriləcək.
Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026