12:13 - 13.09.2023
13 sentyabr, Fineko/abc.az. Naxçıvanda 1702 kənd təsərrüfatı məhsulları istehsalçısına yazlıq əkin üçün subsidiya verilməsinə başlanılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Aqrar Subsidiya Şurasının keçirilən növbəti iclasında bildirilib.
İclasın gündəliyində duran məsələ kənd təsərrüfatı məhsulları istehsalçılarına yazlıq ǝkinlər üzrə nəzərdə tutulan subsidiya məbləğinin 25 fazinin ödənilməsi olub.
Sonra müzakirələr aparılıb, muxtar respublika üzrə 1702 nəfər kənd təsərrüfatı mahsulları istehsalçıları tərəfindən 1918,825 hektar sahədə aparılan yaz əkinləri üçün, ümumilikdə, 93927,40 manat məbləğində subsidiya verilməsi müəyyənləşdirilib.
27 İyul 2026