Azərbaycan şirkəti Qırğızıstanda böyük otellər ikəcək

11:42 - 11.09.2023


11 sentyabr, Fineko/abc.az. Qırğızıstan 5 ulduzlu hotel tikintisi üçün İssık-Kul adasında 17 hektar ərazini Azərbaycan şirkətinə verəcək.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, Bişkek infrastruktur yaradacaq və hoteli 10 il müddətinə vergilərdən azad edəcək. Azərbaycanlı investor isə 3 il ərzində kompleksi tikəcək və işçilərin 70%-i yerli sakinlərdən ibarət olacaq.

İkitərəfli müqavilə 49 il müddətinə qüvvədə olacaq və gələcəkdə uzadıla bilər.

Xatırladaq ki, Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu hotel tikəcək. Azərbaycan və Qırğızıstan prezidentləri səviyyəsində müvafiq razılıq əldə olunub.