Naxçıvan şəhər icra başçısının müavini işdən çıxarıldı

10:42 - 8.09.2023


8 sentyabr, Fineko/abc.az. Naxçıvan şəhər icra başçısının müavini işdən azad olunub.

ABC.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının müavini, icra hakimiyyəti ictimai-siyasi və humanitar şöbəsinin müdiri Mustafayeva Təhminə Vilayət qızı işdən çıxarılıb.