11:56 - 6.09.2023
6 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birlikdə 2024-2028-ci illər üçün fintex strategiyası hazırlayır.
ABC.AZ-ın məlumatına görə, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank, həmçinin "McKinsey" təşkilatı ilə həyata keçirdiyi maliyyə sektorunun davamlı inkişafı layihəsinin tərkib hissəsindən biri də məhz fintexlərdir. "Bütün bu tədbirlər ölkədə fintexlərə olan tələbin və təklifin artırılmasına, inkişafı üçün zəruri olan yeni rəqəmsal qabiliyyətli kadrların hazırlanmasına da dəstək olacaq" - deyə, o vurğulayıb.
Müəllif: Elmir Murad
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026