Dövlət Vergi Xidmətindəki 2 qurum ləğv olunub

15:48 - 5.09.2023


5 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına daxil olan qurumların sayı 21-dən 24-ə çatdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş idarəsi, Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi, Vergi ombudsmanı xidməti baş idarəsi əlavə edilib.

Həmçinin aparata daxil olan İqtisadi təhlil və uçota nəzarət baş idarəsi İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinə, Maliyyə baş idarəsi Maliyyə monitorinqi şöbəsinə, Protokol bölməsi isə Protokol şöbəsinə çevrilib.

Bundan başqa, Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların sayı kəskin artırılaraq 9-dan 29-a yüksəldilib. Xidmətin strukturundakı 2 qurum ləğv edilib, 22 yeni qurum yaradılıb.