11:14 - 6.07.2018
6 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,12 (1,15%) dollar cüzi enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,50 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 5 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (3 iyul – 74,14 dollar) 1,2 (1,6%) dollar enmiş və bir barelə 72,94 dollar təşkil etmişdir.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 4 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (iyulun 4-də – 78,24 dollar) 0,85 dollar (1,1%) ucuzlaşıb bir barelə 77,39 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 4,45 dollar / barelə təşkil edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026