14:39 - 1.09.2023
1 sentyabr, Fineko/abc.az. Alkis Vryenios Drakinos Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə direktoru, regional rəhbəri təyin edilib.
ABC.AZ xəbər verir ki, bank daxil olmuş məlumatda bildirilir ki, o, vəzifəsinin icrasına 2023-cü il sentyabrın 1-dən başlayacaq və Tbilisidən çalışacaq.
Qeyd edilib ki, Drakinos AYİB-in müvafiq ölkə strategiyalarına uyğun olaraq, Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etməklə, investisiyalar, islahatlar üçün siyasət dialoqu və kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, Bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik edəcək.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026