2023-cü ilin əvvəlinə buğda ehtiyatları bu qədər olub

14:56 - 30.08.2023


30 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2022-ci ildə Azərbaycanda bütün növ un ehtiyatları ilə özünütəminetmə səviyyəsi 93,3% (2021-ci ildə 95%) təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə ehtiyatların ümumi həcmindən 146,999 min ton buğda toxum, 765,451 min ton mal-qara və quş yemi, 1 milyon 869,150 min ton qida məhsullarının istehsalı, o cümlədən 1 milyon 820,746 min ton un və yarma istehsalı üçün istifadə edilib.

Ötən il qeyri-qida məhsullarının istehsalına 159,813 min ton, əhalinin şəxsi istehlak fonduna 32,191 min ton, qalan həcm isə digər məqsədlərə (itkilər nəzərə alınmaqla) yönəldilib. 2023-cü ilin əvvəlinə buğda ehtiyatları 281,259 min ton həcmində qiymətləndirilir.