14:47 - 29.08.2023
29 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında ölkədən 17,97 milyon ABŞ dolları dəyərində 14 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 42,1 faiz və ya 5,3 milyon dollar, həcm baxımından isə 37,3 faiz və ya 3,8 min tondan çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk 7 ayında tərəvəz və meyvələrin emal məhsullarının ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,9 faizə bərabər olub.
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
27 İyul 2026
28 İyul 2026