Mənzillərin ən çox bahalaşdığı ölkələr - Siyahı

16:18 - 28.08.2023


28 avqust, Fineko/abc.az. Hər il ev qiymətləri artır, mənzillər bahalaşır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu mövsüm evlərin qiymətinin ən çox artdığı ölkə Türkiyə olub.

Belə ki, daşınmaz əmlak üzrə beynəxlaq məsləət şirkəti "Knight Frank"ın 56 ölkə və bölgəni təhlil etdiyi Qlobal Ev Qiymətləri İndeksinə görə, 2023-cü ilin birinci rübündə mənzil qiymətləri ən çox Türkiyədə artıb.

Türkiyədə 2023-cü ilin birinci rübündə qiymətlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 132,8 faiz artıb.

Türkiyənin ardınca 18,8% artımla Şimali Makedoniya gəlir. Üçüncü yerdə 16,6% artımla Xorvatiya, dördüncü yerdə isə 15,3 faiz artımla Litva qərarlaşıb.

Araşdırmaya görə, Yunanıstanda artım 14,5 faiz, Bolqarıstanda isə 9,5 faiz olaraq müəyyən edilib. Yaponiyada artım 6,8 faiz olduğu halda, Fransada bu nisbət2,7 faiz, ABŞ-da isə 0,7 faiz olub.