15:02 - 25.08.2023
25 avqust, Fineko/abc.az. 25 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8280 gün, nominal dəyəri 1,000 manat olan AZ2075008683 ISIN-li, 50 000 000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
ABC.AZ xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 000 000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50 000 000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026