Dövlət qurumu ofis icarəsi üçün fiziki şəxsə 5,1 milyon manat ödəyəcək

12:32 - 25.08.2023


25 avqust, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondu ofis icarəsi ilə bağlı iki tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, hər iki tenderin qalibi Qaze Həsən Qızı Həsənova olub.

Qalib şəxsə "Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" 3 481 812, "Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması tenderi üzrə" 1 668 600 manat ödəniləcək.

Qeyd edək ki, birinci tenderdə nəzərdə tutuluan icarə sahəsi 10 300 m2, ikinci tender üzrə 3 000 m2-dir. 

Yekun məbləğ təklif edilərkən 36 ay nəzərə alınmalıdır.