Yeddi ayda şəkər ixracı artıb

17:30 - 18.08.2023


18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında ölkədən 15,2 milyon  dollar dəyərində 20,7 min ton şəkər ixrac edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, bu, ötən ilin dövrü ilə müqayisədə dəyər ifadəsində 46,6 faiz və ya 4,84 milyon dollar, həcm baxımından isə 30,5 faiz və ya 4,86 min ton çoxdur.