17:14 - 18.08.2023
18 avqust, Fineko/abc.az. Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün yekun inflyasiya məlumatlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Avro Bölgəsində inflyasiya iyul ayında bir əvvəlki aya görə 0,1% azalaraq illik inflyasiya 5,3% olaraq təyin olundu.
Aİ-də iyun ayında 6,4 faiz olan illik inflyasiya iyulda 6,1 faiz olub.
2022-ci ilin iyul ayında inflyasiya Avro Bölgəsində 8,9 faiz, Aİ-də isə 9,8 faiz təşkil edib.
Avro Bölgəsində inflyasiyanın 2,47 faizini xidmətlər, 2,2 faizini qida, alkoqol və tütün məmulatları, 1,26 faizini isə qeyri-enerji sənayesi məhsulları təşkil edib.
İyulda Macarıstanda illik inflyasiya 17,5 faiz, Polşa və Slovakiyada 10,3 faiz, Çexiyada 10,2 faiz, Rumıniyada 8,9 faiz təşkil edib.
Sözügedən dövrdə inflyasiya Almaniyada 6,5 faiz, İtaliyada 6,3, Fransada isə 5,1 faiz təşkil edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026