10:07 - 18.08.2023
18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 6 milyard 242,6 milyon manat olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 682,6 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75 faizini təşkil edib.
Yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 615,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 127,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026