Yeddi ayda mebel istehsalı 20% artıb

17:09 - 17.08.2023


17 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında ölkədə 145,1 milyon manat dəyərində mebel istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% və ya 24,4 milyon manat çoxdur.

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində dəyər olaraq 7,8% və ya 1,9 milyon manat azalma qeydə alınıb. İyul ayında 22,3 milyon manat dəyərində mebel istehsal olunub.