11:21 - 17.08.2023
17 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycan 3 milyon 417 min dollar dəyərində 379 ton çay ixrac edib.
Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Qeyd olunur ki, bu göstərici ötən ilin yanvar-iyul ayları ilə müqayisədə məbləğ baxımından 2.2 dəfə və ya 4 milyon 170 min dollar, həcm baxımından isə 3.3 dəfə və ya 884 ton azdır.
2022-ci ilin ilk 7 ayında Azərbaycan 7 milyon 587 min dollar dəyərində 1263 ton çay ixrac edib.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 9014 dollara bərabər olub. Ötən ilin müvafiq dövründə bu göstərici 6004 dollara bərabər idi.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026