İrandan valyuta açıqlaması: Yerli istehsal üçün istifadə olunacaq

16:58 - 16.08.2023


16 avqust, Fineko/abc.az. İran prezidenti İbrahim Rəisi ABŞ-la razılaşma çərçivəsində sərbəst buraxılan milyardlarla dollarlıq valyuta aktivlərini yerli istehsalı dəstəkləmək üçün istifadə edəcəklərini bildirib.

ABC.AZ xəbər verir ki,ölkəsinin uzun müddət blokadaya salınmış valyuta aktivlərinin sərbəst buraxılmasını “diplomatik uğur” kimi xarakterizə edən Rəisi qeyd edib ki, milli təhlükəsizlik qazanclarına partiya və ya fraksiya nöqteyi-nəzərindən baxmaq lazım deyil.

O, sərbəst buraxılan milyardlarla dolların yerli istehsalı dəstəkləmək üçün istifadə edəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ mediası sərbəst buraxılan resursların Qətər hökuməti tərəfindən idarə olunacağını və İranın yalnız dərman və qida kimi humanitar ləvazimatları ödəmək üçün pul əldə edə biləcəyini açıqlamışdı.

İran rəsmiləri daha sonra sərbəst valyuta resurslarının sanksiyalardan başqa kommersiya əməliyyatları üçün istifadə olunacağını açıqladılar.