İxraca göndərilən neft məhsullarının həcmi artıb

16:13 - 15.08.2023


15 avqust, Fineko/abc.az. 2023-cü ilin yeddi ayı ərzində ölkədən 586 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib.

ABC.AZ  Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac olunan məhsulların dəyəri isə 340,7 milyon dollardan çoxdur.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 355,5 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 219,7 milyon dollar olub.