Pirallahı Sənaye  Parkına rezidentlər 36,6 mln. manatdan çox sərmayə yatırıb 

15:09 - 15.08.2023


15 avqust, Fineko/abc.az. Əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. 

ABC.AZ xəbər verir ki, bu günədək Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. 

Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. 

Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. 
Bu Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.