Sumqayıt Kimya Sənaye Parkından 8,7 mlrd. manatlıq məhsul satılıb 

16:25 - 11.08.2023


11 avqust, Fineko/abc.az.  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkından indiyə qədər 8,7 milyard manatlıq məhsul satılıb.

 Bu barədə ABC.AZ  Agentliyin məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, bunun 3,1 milyard manatlıq hissəsi 60-a yaxın ölkəyə, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Çin, Yaponiya, Tayvan, Ukrayna, Belarus, Bolqarıstan, İtaliya, Avstriya, Rumıniya, Polşa, Makedoniya, Niderland, Danimarka, Finlandiya, Litva, Estoniya, Misir, BƏƏ, Livan, İraq, Braziliya, Kanada və ABŞ-a ixrac olunub.