15:38 - 10.08.2023
10 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,2 % təşkil edib. Halbuki, yanvar-iyun aylarının yekununda illik inflyasiya 12,7% olmuşdu.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki,istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 %, qeyri-ərzaq məhsulları üzrə 111 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3 %, ötən ilin iyun ayına nisbətən isə 109,4 % olub.
İyulda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyunla müqayisədə 98,5 %, ötən ilin iyul ayına nisbətən isə 109,7 % təşkil edib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 %, ötən ilin iyul ayına nisbətən 108,8 % olub.
İyulda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi iyunla müqayisədə 100,1 %, ötən ilin iyun ayına nisbətən 109,6 % təşkil edib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026