“Türk Qida Sənaye”  200 min manat güzəştli kredit əldə etdi

17:16 - 4.08.2023


4 avqust, Fineko/abc.az. Goranboy rayonunda fəaliyyət göstərən “Türk Qida Sənaye” MMC heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.

Bu barədə ABC.AZ Fonda istinadla xəbər verir.
Layihənin maliyyələşdirilməsi “Ziraat Bank Azərbaycan” ASC vasitəsilə həyata keçirilib.