Amazonun gəlirləri artıb

12:32 - 4.08.2023


4 avqust, Fineko/abc.az. ABŞ-ın e-ticarət nəhəngi Amazon da aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətin cari ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən  11% artaraq 134,4 milyard dollara çatıb. 

Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb.

İkinci rübdə Amazon-un xalis mənfəəti də 6,7 milyard dollar olubki, bu da ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlamışdı.
Elektron ticarət nəhənginin hər səhm üçün xalis mənfəəti bu ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent itirmişdi.