10:57 - 28.07.2023
28 iyul, Fineko/abc.az. "Azərikimya" İstehsalat Birliyində yeni təyinat həyata keçirilib. ABC.AZ-ın məlumatına görə, İB-ə yeni direktor təyin edilib. Quruma təyin olunan yeni baş direktor Elnur Məmmədlidir.
O, 17 ildən artıqdır ki, SOCAR-ın müəssisələrində çalışır, son 7 ildə isə "SOCAR Türkiyə" şirkətində müxtəlif rəhbər vəzifələrdə işləyib və yeni vəzifəsində ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Babayevi əvəz edib.
Xatırladaq ki, "Azərikimya"nın strukturuna Etilen-Polietilen zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026