11:05 - 20.07.2023
20 iyul, Fineko/abc.az. Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında yazıb.
“Ukraynanın ehtiyacları üçün enerji avadanlığının alınmasına görə yardımın ayrılması qərarını alqışlayıram. Dost Azərbaycanın bu dəstəyi davamlı hücumlar qarşısında Ukraynanın enerji kompleksinin sabitliyini təmin etmək üçün vacibdir. Enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”, – Zelenski qeyd edib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026