Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsinə baxmayaraq inflyasiya bu qədər olub

15:17 - 19.07.2023


19 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Orta Asiya ölkələri üçün inflyasiya faizlərini artırıb.

ABC.AZ xəbər verir ki, ADB bunun səbəbini əsasən Qazaxıstanda və Azərbaycanda yüksək inflyasiyanın müşahidə edilməsində gördüyünü açıqlayıb. Belə ki, Qazaxıstanda inflyasiya proqnozu 2023-cü il üçün aprel ayında dərc edilən proqnoza qarşı 11,8 %-dən 12,4 %-ə, 2024-cü il üçün 6,4 %-dən 7,2 %-ə artırılıb.

“Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsinə baxmayaraq, bu ilin ilk 5 ayında inflyasiya 11,5 % səviyyəsində olub", – ADB bildirir.

Həmçinin hesabatda deyilir ki, Gürcüstanda inflyasiya əhəmiyyətli dərəcədə azalıb. Ötən ilin ilk 5 ayında qeyd edilən 13,1 %-dən 1 il sonra 5,4 %-ə, Ermənistanda isə 7,7 %-dən 5,2 %-ə endirilib. Türkmənistanda da azalma tempi qeydə alınıb.