Məşhur audit şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru işdən çıxdı

11:59 - 19.07.2023


19 iyul Fineko/abc.az. Dünyanın dörd ən iri (BigFour) audit şirkətinə daxil olan PwC-nin (PricewaterhouseCoopers) Azərbaycan üzrə İdarəedici Partnyoru dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, 1996-cı ildən bu günə qədər bu vəzifədə çalışan Mövlan Paşayev Nofəl oğlu bu vəzifədən kənarlaşıb, onu bu vəzifədə Michael Robert Ahern (Mayk Ahern) əvəzləyib.

M.Ahern uzun müddət idi Qazaxıstan üzrə idarəedici partnyor idi.

Qeyd edək ki, hüquqi şəxs olaraq PwC-ni Azərbaycanda “PraysVoterhausKupers Audit Azərbaycan” MMC-dir.