MDM sığortaçı axtarır

14:58 - 14.07.2023


14 iyul, Fineko/abc.az. Milli Depozit Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortalanması üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan təkliflərini 27 iyul, saat 17:00-a qədər mərkəzin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2A ünvanına təqdim edə bilər.