Naxçıvanda vergi daxilolmaları 36 faiz artıb

14:33 - 14.07.2023


14 iyul, Fineko/abc.az. 2023-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75,9 milyon manatdan artıq vergi daxil olub. 

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 20 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20,8% və ya 2,2 milyon manat artıb.