İndiyə qədər Azərbaycanda tikinti sektoruna bu qədər pul yatırılıb

12:32 - 7.07.2023


7 iyul, Fineko/abc.az. İndiyə qədər Azərbaycanda tikinti sektoruna 18 milyard manat investisiya yatırılıb. 

ABC.AZ xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov Bakıda keçirilmiş konfransda bildirib.

"Bu gün ölkədə kiçik və orta biznesin yaratdığı əlavə dəyərdə tikinti sektoru 3-cü yeri tutur. Ötən ilin göstəricilərinə görə, 15 minə yaxın KOB subyekti bu sektorda fəaliyyət göstərib. Son beş il ərzində tikinti sektoru KOB subyektlərinin dayanıqlı fəaliyyət göstərdiyi 2-ci sahə olub", - deyə o qeyd edib.