10:02 - 7.07.2023
7 iyul, Fineko/abc.az. Azərbaycanda dərman istehsal edəcək 4 zavod inşa edilir.
ABC.AZ xəbər verir ki, bunu iyulun 6-da Milli Məclisin iclasında deputat Rüfət Quliyev bildirib.
"Mən bir şad xəbər vermək istəyirəm ki, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxışı zamanı bildirdi ki, artıq Ələt İqtisadi Zonasında 4 dərman pereparatları istehsal edəcək zavodun tikintisinə başlanılıb. Bu gün Səhiyyə nazirliyi tərəfindən kifayət qədər işlər görülür. Dinlədik, qulaq asdıq, bir çox arqumentləri qəbul elədik. Lakin bizim problemlərimizi əsas bu zavodlar həll edəcək. Əsas problem daxili istehsaldır, daxildə istehsalı artırmaq lazımdır. Mən bu fikirləri hər zaman səsləndirmişəm", - deyə deputat bildirib.
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026