11:09 - 3.07.2023
3 iyul, Fineko/abc.az. Qanunsuz erməni silahlı dəstələri Qarabağda silah daşımağa davam edirlər.
ABC.AZ Xəzər tv-yə istinadən xəbər verir ki, onların silah daşımaları Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirilir.
Bununla bağlı ən son yayılmış görüntüdə Xankəndi - Kərkicahan yolu ilə silah daşındığı üzə çıxıb.
Mövzu ilə bağlı danışan politoloq Züriyə Qarayeva deyir ki, Azərbaycanın sülhə yönəlik ciddi addımlarının qarşılığında Ermənistanın bu cür təxribatlara əl atması sülh prosesini pozmaq məqsədi güdür. Rəsmi İrəvan sülh gündəliyi ilə heç cür uzlaşmayan belə riyakarlığa rəvac verir.
''Qarabağdakı sülhməramlı kontingent belə qanunsuz əməllərə göz yummaqla özlərinə olan inamı da sıfıra endirirlər'', - deyə politoloq vurğulayıb.
27 İyul 2026