15:22 - 25.06.2023
25 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, deputat Vüqar Bayramov Türkiyə lirəsi son 1 ayda 20 faizdən çox dəyər itirdiyini bildirib və bu istiqamətdə şərh verib.
ABC.AZ xəbər verir ki, V.Bayramov bütün bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyini artırdığını bildirib.
"Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən başqa, ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə yönəlir. Bu baxımdan, strateji müttəfiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün, həmçinin ixracatın həcmi baxımdan da vacibdir”, - deyə V.Bayramov qeyd edib.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026